ÇIONQŞÓN, Annam dağları – Hind-Çin y-a-nın ş.-ində, Vyetnam və Laosda yayla. Uz. 1300 km, hünd. 2711 m-ədəkdir. Əsasən qranitlərdən və qədim çökmə süxurlardan ibarətdir; şm.-ında əhəngdaşılardır (karst inkişaf etmişdir). Q. və c.-unu bazalt lavasından ibarət geniş plato tutur. Ş. yamacları Cənubi Çin dənizinə dik, q. yamacları Mekonq çayı dərəsinə pillələrlə düşür. Ş. yamaclarında rütubətli tropik və iynəyarpaqlı meşələr, q. yamaclarında yarpağıtökülən nadir ağaclar və savanna tipli bitkilər yayılmışdır.
Чыонгшон. Аннам даьларынын ъянуб йамаълары. Вйетнам.