Azərbaycan Milli Ensiklopediyası
V CİLD (BRYÁNKA - ÇƏRMƏDİL NEKROPOLU)
    ÇIRAQ NEFT-QAZ YATAĞI

    ÇIRAQ NEFT-QAZ YATAĞI – Xəzər dənizinin Azərb. sektorunda, Abşeron arxipelaqı neftli-qazlı r-nunda, Bakı ş.-ndən 120 km ş.-də yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 85–300 m arasında dəyişir. Çıraq strukturu 1964 ildə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmişdir; Abşeron-Balxanyanı antiklinal zonada, Günəşli və Azəri yataqlarının arasında yerləşir. Tektonik cəhətdən şm.-q. – c.-ş. istiqamətdə uzanan asimmetrik quruluşa malik qırışıqdan ibarətdir. Qırışıq uzununa və bir sıra eninə pozulmalarla və palçıq vulkanları ilə mürəkkəbləşmişdir. Şm.-ş. qanadda layların yatım bucağı 40-45°, c.-q. qanadda 25-30° təşkil edir. Məhsuldar qatın “Fasilə” lay dəstəsinə görə qırışıq 2500 m izoxətlə qapanır; ölçüləri 13,5x3,5 km, amplitudası 500 m-dir. Yataq 1985 ildə açılmışdır (quyu № 1, Fasilə lay dəstəsi – 275 t/gün neft, 20-30 min m3/gün qaz; X horizont – 222 t/gün neft, 20 min m3/gün qaz). Sonralar, 1985-91 illərdə qazılmış axtarış-kəşfiyyat quyuları vasitəsilə Məhsuldar qatın Balaxanı lay dəstəsinin ІV, V, VІ, VІІ, VІІІ, ІX horizontlarının, Qırmakiüstü qumlu, Qırmakialtı, Qala lay dəstələrinin də neft-qazlılığı müəyyənləşdirilmişdir. Yatağın geol. kəsilişində Məhsuldar qatdan aşağıda yatan çöküntülər, Məhsuldar qat, Abşeron, Akçaqıl, Dördüncü dövr çöküntüləri iştirak edirlər. Litoloji cəhətdən onlar qum, qumdaşıları, alevrit və gillərin növbələşməsindən ibarətdir. Kollektorlar terrigen-məsaməlidirlər, ümumi effektiv qalınlıq 450 m, açıq məsaməlilik 20%, keçiricilik 0,4 mkm2, neftlədoyma 74%, qaz amili 22,8 m3/t-dur. Çıraq yatağı 1994 ildə imzalanmış “Əsrin müqaviləsi”nə – “Xəzər dənizinin Azərb. sektorundakı Azəri, Çıraq və Günəşli (dənizin dərin hissəsi) yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair” Sazişə daxil edilmiş yataqlardan biridir. Saziş çərçivəsində Çıraq sahəsində 1995 ildə 3D seysmik ölçü işləri aparılmış, 1996 ildə yatağın ehtiyatlarını dəqiqləşdirmək məqsədilə GÇA-1 nömrəli qiymətləndirici quyu qazılmışdır. “İlk neft layihəsi” çərçivəsində sahədə Çıraq-1 özülünün tikintisi və abadlaşdırılması 1996 ildə başa çatdırılmışdır. Həmin özüldən 1997 ildə birinci istismar quyusu qazılmış və həmin ilin 25 noyabrında ilk neft alınmışdır. 2011 ilin dekabr ayına qədər özüldən 34 istismar və 10 suvurucu quyu qazılmışdır. “Çıraq neft layihəsi” çərçivəsində yatağın q. hissəsində yeni özülün tikintisi və bu özüldən 48 quyunun qazılması planlaşdırılmışdır. Çıraq yatağında neftin sıxlığı 862,5 kq/m3- dir. Neftin tərkibində parafinin miqdarı 2,2– 9,2%, asfaltenlər 1,2–2,3%, qatran 4,6– 7,4% təşkil edir. Çıxarıla bilən ilkin neft ehtiyatı 170 mln. t həcmində qiymətləndirilir. İşlənmənin əvvəlindən 1.12.2011 il tarixinə cəmi 77,1 mln. t neft, 16,5 mlrd. m3 qaz hasil edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
BRYÁNKA – ÇƏRMƏDİL NEKROPOLU