ÇIRAQLI – Azərb. Resp. Laçın r-nunun Kamallı ə.d.-ndə kənd. R-n mərkəzindən 36 km şm.-q.-də, Qarabağ vulkanik yaylasında, Minkənd çayının (Həkəri çayının sağ qolu) sahilindədir. Əh. 619 (2011); işğaldan (1992, may) əvvəl əkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıq və arıçılıqla məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, kitabxana, feldşer-mama məntəqəsi var idi.