ÇIRAQLI – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Düzkənd, 7.12.1945 ildən Axuryan r-nu), Arpa çayı boyunda azərb.-ların yaşadığı kənd. 19 əsrin əvvəllərində İrəvan xanlığı Rusiya tərəfindən işğal edilərkən kənd dağıdılmış, əhalisi qovulmuşdur və kənd xaraba qalmışdır. Az sonra kənddə İrandan və Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. 7.12.1945 ildə kəndin adı dəyişdirilərək Crarat qoyulmuşdur.