ÇIRAQLI, Çıraqoğlu – İrəvan qub.-nın Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Paşalı, 12.10.1956 ildən Əzizbəyov, 19.04.1991 ildən Vayk r-nu), Terp çayı sahilində azərb.-ların yaşadığı kənd. 1918 ildə kənd erməni təcavüzünə məruz qalmış, əhalisi isə qovulmuşdur. 1922 ildə kəndin qaçqın əhalisinin bir hissəsi geri qayıtmış, lakin ermənilər onların burada yaşamasına imkan verməmişdir. Bir müddətdən sonra kənd xarabalığa çevrilmişdir.