ÇIRPILI – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Ağin, 12.10.1961 ildən Ani r-nu), Arpa çayının kənarında azərb.-ların yaşadığı kənd. 19 əsrin əvvəllərində kəndin azərb. əhalisi qovulmuş və buraya İrandan, Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir.