ÇİATÚRA MANQAN YATAĞI – Gürcüstanda iri manqan filizi yatağı. 1846 ildə kəşf olunmuşdur. 1879 ildən yerüstü (38%-i) və yeraltı üsullarla istismar olunur. Yatağın geol. quruluşunda Mezozoyun və Paleogen-Neogenin subhorizontal (1–6° şm.-ş. yatımlı) çökmə süxurları iştirak edir. Manqanlı horizontun ümumi qalınlığı 0,5– 7 m, filiz laylarının (3–18) qalınlığı 30–35 sm-dir. Ümumi geol. ehtiyatın 26%-ini oksid filizləri, 45%-ini karbonat filizləri, 15%-ini oksidləşmiş filizlər, 14%-ini qarışıq filizlər təşkil edir. İnz. və sənaye mərkəzi Çiatura ş.-dir.