ÇİBAQALÁX SİLSİLƏSİ – RF-nin Saxa (Yakutiya) Resp.-nda, Çerski dağ sistemində silsilə. Tuostax çayının (Yana hövzəsi) dərəsindən Çibaqalax çayı (İndigirka hövzəsi) dərəsinədək 250 km məsafədə uzanır. Hünd. 2449 m-ədək. Əsasən, metamorfik süxurlardan, şistlərdən və qumdaşılarından ibarətdir. Yamaclarında qara şam meşələri, yuxarılarda sidr kolluqları və dağ tundrasıdır.