ÇİBİSOV Konstantin Vladimiroviç (1.3.1897, Moskva – 31.12.1988, orada) – fiziki-kimya sahəsində rus alimi, SSRİ EA m. üzvü (1946), SSRİ Dövlət mükafatı laureatı (1950). MDU-nu bitirmişdir (1922). MDU-nun prof. (1950 ildən), SSRİ EA Fotoqrafiya proseslərinin kimyası üzrə komissiyanın sədri (1948 ildən), Elmi Fotoqrafiya üzrə Beynəlxalq Komitənin fəxri prezidenti (1974 ildən) olmuşdur. Əsas elmi əsərləri fotoqrafiya emulsiyalarının işığahəssaslıq nəzəriyyəsinin tədqiqinə və fotoqrafiya prosesi kimyasının öyrənilməsinə həsr edilmişdir. 4 dəfə Lenin ordeni ilə təltif edilmişdir.