ÇİÇAQOV Vasili Yakovleviç (11.3.1726 – 16.4.1809, Peterburq) – rus dəniz səyyahı, adm. (1782). 1764 ildə Arxangelskdən Şimali Amerika sahillərinə (Şimal Buzlu okeanından keçməklə) və oradan q.-ə – Berinq boğazından Kamçatkaya dəniz yolunu tapmaq üçün ekspedisiyaya rəhbərlik etmişdir. 1765 ildə ekspedisiya Şpitsbergen arxipelaqından şm.-q.-də 80° 26′ şm.e.-nə çatmış, lakin buzlar mane olduğundan geriyə – Arxangelskə dönmüşdür. 1766 ildə ikinci cəhd zamanı 80° 30′ şm.e.-nədək irəliləmək mümkün olmuşdur. Rus-türk müharibəsində (1768–74) Don donanmasına, rus-İsveç müharibəsində (1788–90) Baltika donanmasına başçılıq etmişdir. Novaya Zemlya arxipelaqında adalara, Şimali Amerikanın q. sahillərində Aleksandr arxipelaqında adaya, Cənubi Polineziyada Nauku-Xiva a.-nda körfəz və buruna, Küsü a.-nda buruna, Şpitsbergen a.-nda dağa Ç.-un adı verilmişdir.