ÇİÇİ – Azərb. Resp. Quba r-nunda kənd. Çiçi ə.d.-nin (Çiçi, Qənidərə, Raziyələr, Səbətlər, Sırt Çiçi, Təngəaltı k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 50 km c.-.ş.-də, dağ ətəyindədir. Əh. 787 (2011); maldarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi; 2 məscid var.