ÇİÇİKLÉYA – Ukraynanın Odessa və Nikolayev vil.-lərində çay. Cənubi Buq çayının sağ qolu. Uz. 156 km, hövzəsinin sah. 2120 km2. Qar suları ilə qidalanır. Fevralın sonundan aprelin əvvəlinədək gursuludur. Mənsəbindən 46 km məsafədə ortaillik su sərfi 1,9 m3/san-dir. İlin 7–8 ayı qurumuş olur. Noyabrdan fevraladək buz bağlayır.