ÇİÇKAYUL, Çiçke-Y ul – RF-nin Tomsk vil.-ndə çay. Çulım çayının (Ob hövzəsi) sağ qolu. Uz. 450 km, hövzəsinin sah. 6150 km2. Çulım düzənliyi ilə axır. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Ortaillik su sərfi 28,2 m3/san-dir. Oktyabrın sonu–noyabrdan aprel–mayın əvvəlinədək donmuş olur. Mənsəbindən 192 km məsafədə gəmiçiliyə yararlıdır.