DAMÁRA, D a m a r a l en d (Damara land) – Afrikada Namibiyanın mərkəzi hissəsində yayla. Namib səhrasından pilləli qalxır. Yaylanın hamar relyefi (hünd. 1000– 1500 m) ada dağları və hünd. 2573 m-ə çatan (Brandberq d.) şahid dağlar massivi ilə mürəkkəbləşmiş, yamacları xırda çayların quruyan yataqları ilə parçalanmışdır. Tropik, quru iqlimi var. İllik yağıntı 250– 500 mm-dir. Ş.-ində savanna, q.-ində səhra bitkiləri yayılmışdır.
Дамара йайласы.