DAMÓDAR – Hindistanın Bihar və Qərbi Benqaliya ştatlarında çay. Uz. 580 km, hövzəsinin sah. 20 min km2-dən çoxdur. Çho ta–Naqpur platosundan başlanır, Hind Qanq ovalığının ş. hissəsi ilə axır, Qanq çayı deltasının Huqli qoluna tökülür. Yağış suları ilə qidalanır. Yay daşqınları olur. Ortaillik su sərfi 330 m3/san. Әsas qolu Bara kardır (soldan). Aşağı axını gəmiçiliyə yararlıdır. SES, su anbarları və suvarma kanalları var. D. vadisi Hindistanın mühüm sənaye rnlarındandır.
Дамодар чайы.