DAMODÁR KÖMÜR HÖVZӘSİ – Hindistanın şm.-ş.-ində, Qərbi Benqaliya və Bihar ştatları ərazisində ölkənin ən böyük daş kömür hövzəsi. 1774 ildə kəşf olunub, 1830 ildən istismar olunur (Rani qanc yatağı); hasilat açıq və yeraltı üsullarla aparılır. Sah. 4,5 min km2. Ümumi ehtiyatı 54 mlrd. t-dur, bunun 5 mlrd. t-u kokslaşan kömürdür. Әsas yataqları: Cahariya, Raniqanc, Ramqarx, Bokaro, Şimali və Cənubi Karanpura. Hövzə tektonik cəhətdən Benqal çökəyi hüdudlarındakı qraben formalı çökəkliklə (Hindistan platformasının ş. hissəsi) əlaqədardır. Çökəklik qalınlığı 1800 m-ə çatan Karbon-Trias yaşlı çöküntülərindən ibarətdir. Sənaye əhəmiyyətli kömürlər Perm çöküntüləri ilə əlaqə dardır. Orta qalınlığı 600 m olan ən məh suldar horizont 7–40 kömür layı (orta qalınlıq 3,6 m, maks. 37 m) saxlayır. Kömürlərin yanma istiliyi 27–33 MC/kq, küllülüyü 10–25%, kükürdlülüyü 1%dir. Hasilat (100 mln. t/il-dən çox), əsasən, Cahariya və Raniqanc yataqlarında aparılır. Kömürün çox hissəsi ixrac olunur.