DÁMPİR TORPAĞI (Dampier Land) – Avstraliyanın şm.-q.-ində Robak (q.-də) və Kinq (ş.-də) körfəzləri arasında y-a. Sah. 15 min km2-dir. Qumlu torpaqlar kserofit akasiya kolluqları və seyrək dənli bitkilərlə, ş.-dəki allüvial torpaqlar isə tipik savannalarla örtülüdür. Q. sahilində Brum portu var. U. Dampirin şərəfinə adlandırılmışdır.