DANAÇI – Azərb. Resp. Zaqatala r-nunda kənd. Danaçı ə.d.-nin (Danaçı, Uzunqaz malar k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 25 km c.-q.-də, Qarasu çayının (Qanıx çayının qolu) sahilində, Qanıx-Әyriçay çökəkliyindədir. Әh. 7191 (2011); meyvəçilik, bitkiçilik və heyvandarlıqla məşğuldur. 2 tam orta məktəb, ümumi orta məktəb, ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi, 2 kitabxana, xəstəxana, tibb və baytarlıq məntəqələri, poçt, ATS var.