DANAGİRMӘZ, D a m a g i r m ə z, D a n a d a m a g i r m ə z – İrəvan xanlığının Abaran mahalında (9.9.1930 ildən Abaran, 3.1.1935 ildən Aparan r-nu), Abaran çayının yuxarı axarında azərb.-ların yaşadığı kənd. 1826–29 illər Rusiya-İran və Rusiya-Türkiyə müharibələri zamanı kəndin azərb. əhalisi qovulmuş və 1829–30 illərdə burada gəlmə ermənilər yerləşdirilmişdir. 15.7.1946 ildə kəndin adı dəyişdirilərək Ovit, 21.10.1967 ildə yenidən dəyişdirilərək Niqavan qoyulmuşdur.