DANAYERİ – Azərb. Resp. Göygöl r-nunun Qızılca ə.d.-ndə kənd. R-n mərkəzindən 26 km şm.-q.-də, Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Әh. 256 (2011); əkinçilik, arıçılıq və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var.