ÇİGİL, Çigil adası palçıq vulkanı – Xəzər dənizində, Bakı arxipelaqında ada. Bəndovan burnundan c.-ş.-də, Səngi Muğan a.-ndan c.-q.-dədir. Ada palçıq vulkanı konusunun qalığıdır. Sahilləri hündür, demək olar ki, uçurum şəklindədir, yalnız c.-ş. tərəfdən ensiz sahillə (çimərliklə) əhatə olunmuşdur. Akkumulyativ dillə birlikdə uz. 585 m, eni 425 m, maks. hünd. 42 m-dir. Palçıq vulkanı Bəndovan-dəniz antiklinal qırışığın c.-ş. periklinalında yerləşmişdir. Təzə sopka brekçiyası sahəsində qaz və neft pərdəli su ayıran qrifonlar var. Sonuncu dəfə 1932 ildə püskürdüyü güman edilir.