ÇİGİL – Azərb. Resp.-nda çay. Sumqayıt çayının sol qolu. Uz. 68 km, hövzəsinin sah. 549 km2. Baş Qafqaz silsiləsinin c. yamacından başlanır, Şamaxı r-nu ərazisindən keçərək Qobustan və Xızı r-nları sərhədi boyu axır. Əsasən, yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur.