ÇİXAÇÓV KÖRFƏZİ (1952 ilədək De-Kastri; rus coğrafiyaçısı və geoloqu P.A. Çixaçovun şərəfinə adı dəyişdirilmişdir) – Yapon dənizinin Rusiya sahillərində, Tatar boğazının şm. hissəsində körfəz. Uz. təqr. 12,5 km, eni girişdə 9 km, dərinliyi 9 m-ədəkdir. Yarımsutkalıq qabarmalar (1 m-ədək) olur. Qışda donur. De-Kastri portu Ç.k. sahilindədir.