ÇİXAÇÓV SİLSİLƏSİ – RF-nin Altay və Tıva Resp.-larında, Monqolustanla sərhəddə dağ silsiləsi. Uz. təqr. 100 km, hünd. 4029 m-ədəkdir. Qumdaşıları, əhəngdaşıları, kristallik şistlər və kvarsitlərdən ibarətdir. Kiçik buzlaqlar var. Yamaclarında dənli-yovşanlı çöllər və daşlı tundradır. P.A. Çixaçovun şərəfinə adlandırılmışdır.
Чихачов силсиляси.