ÇİJÁPKA – RF-nin Tomsk vil.-ndə çay. Vasyuqan çayının (Ob hövzəsi) sağ qolu. Uz. 511 km, hövzəsinin sah. 13,8 min km2. Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Maydan iyula qədər daşqınlar olur. Ortaillik su sərfi mənsəbindən 24 km məsafədə 85,5 m3/san-dir. Oktyabrın sonu–noyabrın əvvəlindən aprelin sonu–mayadək donmuş olur. Ağac axıdılır. Mənsəbindən 108 km məsafədə gəmiçiliyə yararlıdır.
Чижапка чайы.