ÇİKDAMLI – İrəvan xanlığı Gərnibasar mahalının (9.9.1930 ildən Qəmərli, 4.9. 1945 ildən Artaşat r-nu) düzənlik hissəsində, Gərni çayının sağ sahilində azərb.- ların yaşadığı kənd. 1828–29 illərdə İranın Salmas vil.-ndən köçürülmüş ermənilər də burada yerləşdirilmişdir. 1918 ildə kəndin azərb. əhalisi kənddən tamamilə çıxarılmışdır. 20.8.1945 ildə kəndin adı dəyişdirilərək Azatavan qoyulmuşdur.