ÇİKÓY – RF-də, Baykalarxası diyarda (qismən Monqolustanla sərhəddə) çay. Selenqa çayının sağ qolu. Uz. 769 km, hövzəsinin sah. 46,2 min km2. Çikokon silsiləsindən başlanır. Əsasən, yağış suları ilə qidalanır. Yay və payızda daşqınlar olur. Ortaillik su sərfi 265 m3/san. Oktyabrın sonu–noyabrdan aprel–mayın əvvəlinədək donmuş olur.
Чикой чайы.
Mənsəbindən 152 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır. Suvarmada istifadə edilir.