ÇİKURÁÇKİ – RF-nin Saxalin vil.-ndə, Paramuşir a.-nda (Kuril a-rı) fəaliyyətdə olan vulkan. Hünd. 1816 m. Vulkan aparatı Pleystosen yaşlıdır. Kraterin diametri 450 m-ədəkdir. Bazalt və andezitlərdən ibarətdir. Yamaclarında qızılağac və sidr kolluqları yayılmışdır. 1853, 1854–59, 1958, 1961, 1964, 1973, 1986, 2002, 2003, 2005, 2007, 2008 illərdə püskürmüşdür. Püskürmələr arası müddətdə fumoral aktivlik müşahidə olunur.
Чикурачки вулканы.