ÇİLƏGİR – Azərb. Resp. Xaçmaz r-nunun Nərəcan ə.d.-ndə kənd. R-n mərkəzindən 10 km şm.-da, Quruçayın sahilində, Samur-Dəvəçi ovalığındadır. Əh. 1277 (2011); heyvandarlıq, əkinçilik, meyvəçilik və tərəvəzçiliklə məşğuldur. Tam orta məktəb, kitabxana, tibb məntəqəsi var.