ÇİLİ ARXİPELAQI – Sakit okeanda Çilinin c.-q. sahilləri yaxınlığındakı adalar qrupunun ümumi adı. Çiliyə mənsubdur. Ən böyük adaları – Çiloe, Uellinqton, Santa-İnes (hünd. 1341 m-ədək). Adalar materik mənşəlidir. Tez-tez zəlzələlər (ən güclüsü 1960 ildə baş vermişdir) olur. Sahilləri fyordlarla parçalanmışdır. İqlimi mülayim, okean tipli, çox rütubətlidir. Sıx həmişəyaşıl və enliyarpaqlı meşələr var. Balıq ovlanır, ağac tədarük edilir. Əsas şəhəri və portu Ankuddur (Çiloe a.-nda). Ernando-Maqalyanes Milli Parkı Ç.a.-ndadır.
Чили архипелагы. Веллингтон адасы. Пуерто Еден поту.