ÇİLİ QALXIMI – Şərqi Sakit okean sualtı qalxımının qolu. Sakit okeanın c.-ş.-ində Çili və Bellinshauzen çuxurlarını ayırır. Uz. 2300 km, eni 500 km-ədəkdir; ətəkləri 4000 m dərinlikdədir, zirvəsi üzərində suyun dərinliyi 2266 m-dir. Ox hissəsi rift strukturuna malikdir.