ÇİLİ NOVU – Sakit okeanda And d-rının ətəyi boyu uzanan ensiz dərin sualtı çökəklik. Uz. 2690 km, eni 30–90 km, maks. dərinliyi 8180 m. Tipik struktur tikişə bənzəyir. Yer qabığı onun ş. bortunda materik quruluşludur, q. bortunda isə okean yer qabığı inkişaf tapmışdır.