ÇİLOV – Xəzər dənizində ada. Abşeron arxipelaqında ən böyük adalardan biri. Xəzər dənizi səviyyəsinin enməsi nəticəsində Ördək a. ilə birləşmişdir. Uz. təqr. 8 km, eni 7 km-ədəkdir. Qumlu-gilli çöküntülərdən ibarətdir; səthi balıqqulaqları ilə örtülüdür. Ada 3 tərəfdən sualtı riflərlə əhatələnmişdir. C.-ş.-də gəmilərin güclü şimal küləklərindən qorunması üçün əlverişli körfəz var. Neft və qaz çıxarılır. Adadan Abşeron y-a-na neft və qaz kəmərləri çəkilmişdir. Çilov qəs. adanın ş. sahilindədir.