Azərbaycan Milli Ensiklopediyası
V CİLD (BRYÁNKA - ÇƏRMƏDİL NEKROPOLU)
    ÇİLOV ADASI NEFT YATAĞI

    ÇİLOV ADASI NEFT YATAĞI – Xəzər dənizinin Azərb. sektorunda, Abşeron arxipelaqı neftli-qazlı r-nunda, Bakı ş.-ndən 60–65 km ş.-də, Çilov a. sahəsində yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 25 m-ədəkdir. Sahədə geofiziki, geol. və struktur xəritəyəalma işləri aparılmışdır. Yataq ölçüləri 6,5×4 km (Qırmakialtı lay dəstəsinə görə) olan asimmetrik antiklinal qırışığa malikdir. C.-q. qanadın yatma bucağı 55-70°, şm.-ş. qanadın yatma bucağı isə 30-35° təşkil edir. Qırışığın tağ hissəsi böyük amplitudaya (şaquli istiqamətdə 800 m, üfüqi istiqamətdə 700 m) malik üstəgəlmə tipli pozulma ilə mürəkkəbləşmişdir, c.-q. qanad şm.-ş. qanadın üzərinə qalxmışdır. Sahədə axtarış-kəşfiyyat qazmasına 1947 ildə başlanılmışdır. Yataq 1948 ildə kəşf olunmuş (quyu №3, Qala lay dəstəsi, 3 t/gün neft), 1951 ildə işlənməyə daxil edilmişdir. Ç.a.n.y.-nın stratiqrafik kəsilişində diatomitlər, Pont mərtəbəsi, Məhsuldar qat, Abşeron–Akçaqıl, qədim Xəzər və müasir dövr çöküntüləri iştirak edir. Kəsilişdə Məhsuldar qatın Qala, Qırmakialtı, Qırmaki və Qırmakiüstü qumlu lay dəstələrinin neftlilik-qazlılığı müəyyən edilmişdir. Kollektorların məsaməliyi 18–23 %, keçiriciliyi 0,051–0,167 mkm2-dir. Neftin sıxlığı kəsiliş boyu 883–933 kq/m3 arasında dəyişir. Neftin tərkibində qatranın miqdarı 13,1%, asfaltenlər 5,5%, parafin 0,65%, kükürd 0,13% təşkil edir. İşlənmənin əvvəlindən 1.1.2011 il tarixinə cəmi 4,9 mln. t neft, 0,6 mlrd. m3 qaz hasil edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
BRYÁNKA – ÇƏRMƏDİL NEKROPOLU