ÇİLTERN, Çiltern-Xils (Chiltern Hills) – B. Britaniyanın c.-ş.-ində, Londonun ətrafında yüksəklik. Hünd. 260 m. C.- q.-dən şm.-ş.-ə 100 km məsafədə uzanmış kuest tirəsidir. Əhəngdaşılardan ibarətdir. Köndələn dərələrlə ayrı-ayrı təpələrə bölünmüşdür. Yamaclarında palıd, fıstıq, vələs ağaclarından ibarət meşə sahələri var.