DANİMÁRKA BOĞAZI [Danimarka ölkəsinə görə] – Qrenlandiya və İslandiya a-rı arasında boğaz. Qrenlandiya dənizini Atlantika okeanı ilə birləşdirir. Uz. 530 km, ən ensiz yeri 287 km, farvaterdə ən dayaz yeri 120 m-dir. D.b.-ndan Qrenlandiya sahilləri boyu şm.-dan c.-a soyuq Şərqi Qrenlandiya axını, İslandiya sahilləri boyu isə c.-dan şm.-a isti Qərbi İslandiya axını keçir.