DANİMÁRKA MӘRTӘBӘSİ – Paleogen sisteminin altdan birinci mərtəbəsi. Son vaxtlara qədər Üst Tabaşir şöbəsinin ən üst mərtəbəsi hesab edilirdi. 1847 ildə İsveçrə geoloqu E. Desor tərəfindən Danimarkada ayrılmışdır. Әhəngdaşından, gilli və mergelli süxurlardan ibarətdir. Xarakter faunası: dəniz kirpisi –Coraster sphaericus Seun., foraminiferlərdən – Globigerina trilocnli noides Plumm. və s. D.m. çöküntüləri Qərbi Avropada, Şimali Afrikada, Krımda, Azərb. Resp.-nda (Kiçik və Böyük Qafqazda) və s. yerlərdə var.