DANQRÉK, D o n q-R e k – Hind-Çində təpəli yüksəklik. Şm.-da Taylandın, c.-da Kamboca və Laosun sərhədindədir. Uz. təqr. 300 km, yüksək nöqtəsi 753 m-dir (Danqrek d.). Q.-ə doğru tədricən 500–300 m-ədək alçalır. Şm. yamacı alçaq və az meyillidir, tədricən Korat platosuna keçir; c. yamacı dik, dərin parçalanmışdır. Әlverişli aşırımlar var. Qumdaşılardan ibarətdir. İqlimi musson rejimli (c. yamacında yağıntının illik miqdarı 2000 mm-ədək) subekvatorialdır. Rütubətli tropik meşələr yayılmışdır.