D’ANTRKASTÓ (d’Entrecasteaux) – Sakit okeanın Solomon dənizində kiçik vulkanik adalar qrupu. Yeni Qvineya a.-nın ş. qurtaracağı yaxınlığındadır. Papua-Yeni Qvineyanın ərazisidir. Səthi dağlıqdır (hünd. 2600 m-ədək). Sönmüş vulkanlar və isti bulaqlar var. Kokos palması yetişdirilir, mirvari hasil olunur. 1792 ildə J. D’Antrkasto tərəfindən kəşf edilmişdir.