DANYERİ – Azərb. Resp. Şərur r-nunda (Nax. MR) kənd. Danyeri ə.d.-nin mərkəzi. R-n mərkəzindən 15 km c.-ş.-də, Naxçıvan– Sədərək avtomobil yolunun kənarında, düzənlikdədir. Әh. 3191 (2011); əkinçilik və maldarlıqla məşğuldur. Tam və ümumi orta məktəb, 3 klub, kitabxana, uşaq bağçası, ambulatoriya, baytarlıq məntəqəsi var.