DARASÚN – RF-də, Baykalarxası diyar ərazisində şəhər tipli qəs., balneoloji kurort. Darasunka çayı (İnqoda çayının qolu) dərəsində yerləşir. Karbon qazlı, dəmirli, kal siumlu–maqneziumlu mineral suyundan ürək-damar sistemi və həzm orqanları xəstəliklərinin müalicəsində istifadə olunur. Sanatoriyalar, balneoloji müalicə və b. kurort müəssisələri var.