DARBAZ – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (9.9.1930 ildən Qarakilsə, 3.1.1935 ildən Kirovakan, 1964 ildən Quqark r-nu), Pəmbək çayının kənarında azərb.-ların yaşadığı kənd. 1826–29 illər Rusiya-İran və Rusiya-Türkiyə müharibələri zamanı kəndin azərb. əhalisi qovulmuş və burada İrandan, Türkiyədən gələn ermənilər yerləşdirilmişdir.