DARCİLİNQ – Hindistanın şm.-ş.-ində, Qərbi Benqaliya ştatında şəhər. Әh. 132 min (2011). Şərqi Himalay d-rının c. yamaclarında, təqr. 2200 m hünd.-də yerləşir. Yumşaq dağ iqlimi (yanvarda orta tempr 4°C, iyulda 16°C) tənəffüs orqanları xəstəliklərinin müalicəsi üçün əlverişlidir (Simladan sonra ölkənin ən məşhur kurortudur). Keçmişdə Benqaliya qubernatorlarının yay iqamətgahı olmuşdur. Turizm və alpinizm mərkəzidir (Comolunqma və Kançencanqa zirvələri D. yaxınlığındadır). Әtrafında yerləşən ölkənin ən iri çay plantasiyalarında dünyada məşhur olan darcilinq çayı becərilir. Botanika bağı (1865) var.
Даръилинг шящяриндян эюрцнцш.