DARDӘRӘ – Azərb. Resp. Daşkəsən r-nunun Әhmədli ə.d.-ndə kənd. R-n mərkəzindən 14 km c.-ş.-də, Dəstəfur çayının (Gəncə çayının qolu) sahilindən 2 km aralı, dağ ətəyindədir. Әh. 190 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. İbtidai məktəb var. Yaxınlığında qızıl yatağı aşkar olunmuşdur.