DARDOQQAZ – Azərb. Resp. Zaqatala r-nunun Göyəm ə.d.-ndə kənd. R-n mərkəzindən 9 km c.-q.-də, Tala və Katex çayları arasında, düzənlikdədir. Әh. 676 (2011); bağçılıq, bitkiçilik və maldarlıqla məşğuldur. Klub, kitabxana, feldşermama məntəqəsi var.