DARĞALI, A ş a ğ ı D a r ğ a l ı, Y u x a r ı D a r ğ a l ı – İrəvan xanlığının Gərnibasar mahalında (9.9.1930 ildən Qəmərli, 4.9.1945 ildən Artaşat rnu), Gərni çayının sol sahilində azərb.-ların yaşadığı kənd. Qəmərli r-nunun Yuva k.-ndən çıxan ailələr tərəfindən salınmışdır. İrəvan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra 1828–30 illərdə D.-ya İranın Xoy və Salmas vil.-lərindən gəlmə ermənilər də yerləşdiril mişdir. Ermənilər yaşadığı hissə Aşağı D., azərb.lar yaşadığı hissə isə Yuxarı D. adlanırdı. 1918 ildə kənddən qovulmuş azərb. əhalisinin az bir hissəsi 1922 ildən sonra geri qayıtsa da, 1949 ildə yenidən Azərb.-a deportasiya olunmuşdur. Sovet dövründə ayrı-ayrı bölgələrdən gəlib burada məskunlaşan müsəlman kürdləri isə 1988 ildə kənddən qovulmuşdur. 1.12.1949 ildə kəndin adı dəyişdirilərək Anastasavan, 30.12.1957 ildə isə Haygezard qoyulmuşdur.