DARIDAĞ – Azərb. Resp. Culfa r-nu (Nax. MR) ərazisində, Dağüstü silsilənin ən yüksək zirvəsi. Әlincəçayla Qaradərə çayının arasındadır. Hünd. 1927 m. Konusvarı formadadır. D. ərazisində hələ 1920– 30-cu illərdə aparılmış tədqiqatlar nəticəsində çox sayda faydalı qazıntı yataqları aşkar olunmuşdur. Әkin üçün yararlı olduğundan qədimdən dağın yuxarı hissələrində darı əkilirdi. Ehtimal ki, D. adı bununla əlaqədardır.