DARIDAĞ MӘRGMÜŞ YATAĞI – Azərb. Resp. Culfa r-nu (Nax. MR) ərazisində, Culfa ş.ndən 8–9 km şm.-ş.-də, Darı dağ–Kəsəndağ dağlıq zolağındadır. Yataq 19 əsrin ortalarından məlumdur, vaxtilə istismar olunmuşdur. Geol. quruluşunda Kampan, Danimarka (əhəngdaşı, mergel), Paleosen (qumdaşı, gil), Orta və Üst Eosen (tufogençökmə süxurlar), Alt və Orta Oliqosen (vulkanogençökmə süxurlar) yaşlı süxurlar iştirak edir. Bunlar yataq r-nunda şm.-q. istiqamətli Darıdağ antiklinalını əmələ gətirir. Filiz minerallaşması meridian istiqamətli çatlar boyunca təşəkkül tapmış dır. Yataqda üç tip filizləşmə qeyd olunur: şm. hissəsində ştokverk tipli realqar, auri piqment filizləri, mərkəzdə yuva tipli antimonit filizləri və c.da mərgmüşlü bulaqların səthə çıxdığı yerdə möhtəvi (püruz) tipli realqar filizləri. Yatağın şm. hissəsi qırışığın ox hissəsindən keçən yarılma zonasına aiddir və əsas ehtiyatlar bu hissədə toplanmışdır. Filiz cismi aşağıya doğru genişlənən ştokla təmsil olunur.
Filiz kütləsi realqar, auripiqment, anti monit, melnikovit, pittisit, arsenopirit mine rallarından ibarətdir. Yataq hidrotermal mənşəlidir; turş maqmanın püskürməsilə əlaqədardır.