DARİQÁNQA – Monqolustanın ş.-ində SuxeBator aymakında təpəli düzənlik sahə. Sahənin çox hissəsi bazalt lavası ilə örtülüdür. Çoxlu sönmüş vulkan konusları (Şiliyn-Boqdo-Ula, 1778 m; BoqdoUla, 1750 m; Dzotol-Xan-Ula, 1373 m və s.), c.-q.-də qum massivləri var. D. üçün qədim quru çay vadiləri xarakterikdir. Bitkisi yarımsəhra və çöl tiplidir.