DARQUBA – Azərb. Resp. Lənkəran r-nunun Kərgəlan ə.d.-ndə kənd. R-n mərkəzindən 4 km c.-q.d-ə, Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Әh. 1021 (2011); tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, ATS, məscid var.